Gecələrin nəğməsi
Titrədir gecənin mərmuz əlləriAtlas pərdələrin saçaqlarını.Oxşayır nəsimin ipək qanadıOnun saçlarını, yanaqlarını.
Şəmin şölələri titrərkən suda,Bir sönük xəyal tək işıqlar oynur.O gözəl gəzəndə, bir an içində,Əks edər aynada yaquti bir nur!
Gecədir, işıqlar ərirkən sudaMinalı camda bir xəyal ərir.Qırmızı şərab o mənə vercək,Xatirə Hafizin bu sözü gəlir.
Bizim Ərğəvani meydən içməyinNə anlar ləzzətin, eşqin, həvəsin?Mən şərab içərəm, çünki görmüşəmMey piyaləsində yarimin əksin!
Kitabxana.az · https://kitabxana.az/works/hebib-sahir-gecelerin-negmesi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Mey və meyxana
سر پیش هم آریم و دو دیوانه بگرییم
ساقی بیا که جوش زد از لالهزار فیضبینشئه شراب نبخشد بهار فیض
Səmərqənddə bir qız gördümSəmərqənddə bir qız gördüm, adı Mərhəmət,Qaşı qara, gözü qara, özü də duzlu.
Qəzəl: Ləbinlə dilləşə bilməz nə gül nə qönçeyi-həmraLəbinlə dilləşə bilməz nə gül nə qönçeyi-həmraQədinlə boylaşa bilməz nə sərvi-naz nə rəna