Kəndimizdən qovulanlar
Qaradağlı pəri, özün biləli,Bizim xərab kəndə gəlin gələli,Bir gün belə onun üzü gülmədi,Təzə gəlin necə olur, bilmədi.Yappa yapıb, çaldı hər gün divara,Biçin biçdi, bostan əkdi ərbaba.Aclıq çəkdi, korluq gördü dünyadaSoldu gözəl yanaqları bir hava...Yorulmadan səhər, axşam işlədi,İnək sağdı, oğlun, qızın bəslədi.Çobanlarla o da getdi yaylağaHeyvanların, xanın sürdü otlağa.Südlü inək ağa üçün bəslədi,Bir gün ağa çoban qızı səslədi:– Gözəl çoban, ay qız, bir az gəl bəri,Sənin nədir adın?Dedi: – Xanpəri.– Bu inəklər kiminkidir, sənindir?– Nə xoşbəxtəm, çobanım da gəlindir.Yaxşı, amma gözəl üzlü bir qadın,Buraxarmı evin, işin, övladın?İsti gündə ayaqyalın, bayırdaOtararmı heyvanları çayırda?Gəlin bir az düşünərək söylədi:– Bu sözlərdən sənin muradın nədir?Bilməzmisən bu ellərdə sən ağa,Gözəl, çirkin, hamı quldur xanlara?Xan qaşların çatıb, dedi: – Xanpəri,Başqasına demə bu cür sözləri...Yıxar evin, odlar tayan kəndxuda,Gedər malın, canın bu yolda bada.Bu nə sözlər? Başa salıb kim səni?Bu sözlərlə qəmləndirdin sən məni.Yəqin ərin bu sözləri söyləyib,
– Kəndli quldur, ərbab quldur! o deyib.Amma Pəri, sənin kimi bir gəlinÇəkərmi heç acın, çıplağın qəmin?Burax ərin, o bir fəhlə babadır,Bel bağlamaq bir fəhləyə havadır!Uşaqları burax ona, gəl mənə,Kəbin sallam bağ-bostanı mən sənə.Zərli məxmər geyib gözəlləşərsən,Xanımlar tək “Xanlıq”da əyləşərsən.Sənin kimi Tanrı gəlin yaradıb,Ancaq mən tək xanlar üçün yaradıb.Bilməz kəndli gözəl nədir, çirkin nə,Baxa bilməz xan gözüylə o sənə...Bilirsən ki, bu ellərdə mən başam,Zəngin, böyük ağalarla yoldaşam.Vardır yaşıl bağım, çoxlu heyvanım,Dünyalarca malım, mülküm, samanım.Baxma bir az qoca gözə gəlirəm,O qədər də yaşlı, qoca deyiləm.Sən bax ki, el gözəlləri hər biriİstər məni... güldü, dedi Xanpəri:
– Əlbət ki, sən varlı, karlı adamsan,Heyf olsun bir az sadə, avamsan.Eşidibsən qızıl, gümüş bu yerdəMüşkül açar, əlac edər hər dərdə.Qızıl ilə bağça, tarla alınar,Yaşıl bağda gözəl evlər salınar.Qızıl versən gülləndirər su, bağı,Qız-gəlinlər süsləndirər yaylağı.Qızıl versən südlü inək alarsan,Otağına ipək xalça salarsan.Lakin qızıl gəncləndirməz qocanı,Bir gənc qadın sevməz qoca bir xanı.Eşidibsən bu ölkədə, İranda,Qiymət yoxdur, heyvan qədər insana...Qızıl, gümüş tilsimli bir şeydir,Qızıl versən hər şey yoluna gedir.
Lakin könül qızıl ilə alınmaz,Bir namuslu qadın tora salınmaz.Heç bilmirəm mən gözələm, ya çirkin?Düşünürəm, yaranmışam nə üçün?Mən ərimi sevib, ona getmişəm,Demək ki, öz muradıma yetmişəm.O bir igid, şərafətli insandır,Çox şükür ki, nə bir bəydir, nə xandır.Uşaqları odur mənə verən pay,Həyatımda biri günəş, biri ay.Mən onları dünyalara satmaram,Bir kaftarın xatirinə atmaram.Ərim mənim işlər çöldə, zəmidə,Keçindirər uşaqları, məni də...Yüz minlərcə onun kimi fəhlələr,Zəhmət çəkib, buğda əkər, dən döyər.Barlı ağac əkər, bağda, bostanda,İpək qurdu bəslər, bəslər heyvan da.Gülləndirən odur, bu kor dünyanı,Hər bir şeydə vardır onun bir payı.Odur tikən işıq evlər, şəhərlər,Zənginlərə məxmər ipək geydirər.Baharlarda çiçək açan bağçalar,Sandıq-sandıq topladığın ağçalar,Sənin deyil, kəndlinin malıdır,Xanın, bəyin deyil, elin malıdır...İnsanlığı quran zəhmət çəkəndir,Yer yiyəsi ancaq yeri əkəndir.Ərbab kimdir? – Bir parazit, bir zəliQanlar içən, evlər yıxan bir dəli.Xan qaşların çatıb, eşdi bığların,Süzdü yaşıl çölü, dağın ağ qarın.O sözlərdən sanki gəldi özünə,Baxdı heyran o qadının üzünə.Söyləmədən bir söz, getdi yoluna,Heç baxmadan nə sağına, soluna.
Axşam oldu, düşdü yola gölgələr,Sakit oldu dağlar, daşlar, dərələr.İnəkləri qatdı Pəri önünə,Adət etdi daxmasına, evinə.Gördü daxma qaranlıqdır, sakitdir,Ev içində sanki soyuq yel əsir,Uşaqların ikisi də yatıblar,Başlarını bir-birinə çatıblar.Gördü əri qayıtmamış zəmidən,Nə bir içim su var evdə, nə bir dən.Qab götürdü getsin bulaq başına,Onu gördü yoldan keçən bir aşna.Qəmli-qəmli dedi görcək Pərini:– Ərbab salıb buzovluğa ərini.Bu xəbərdən qəlbi bir az sıxıldı,Bir inəyə toxunaraq yıxıldı.Başmaqları çıxıb, həm də söküldü,Bəsti sındı, suyu yerə töküldü.
Payız bitdi, saralmışdı yarpaqlar,Boşalırdı yavaş-yavaş yaylaqlar.Çən basırdı səhər, axşam dağları,Hər gün dağın çoxalırdı ağ qarı.Bir səhər ki, günəş dağlarda yandı,Kəndimizdən qəmli karvan yollandı.Bir boz dəvə üzərində bir naxoş,İki eşşək, biri yüklü, biri boş,Yük dediyin cındır yorğan, bir mis cam,Sınıq lampa, iki uşaq... vəssalam...Eşitdim ki, yoldan keçən qaranquş,– Bunlar dedi, kəndimizdən qovulmuş.
Kitabxana.az · https://kitabxana.az/works/hebib-sahir-kendimizden-qovulanlar
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Müshəfi-hüsnün, ey günəş-rüxsar,Oxunur hər gün ərz ü səmadə,
Təcnis: Çəkmiş yar oxunu, salmış yayınaÇəkmiş yar oxunu, salmış yayına,Bağlamış belinə bu sədaqları.
Bu qızınBir xəlvətdə fürsət bulub tutasanTər xınalı nazik əlin bu qızın
Ta cəmalın rütbəsin, ey şux, idrak eylədiTa cəmalın rütbəsin, ey şux, idrak eylədi,Rəşkdən gülşəndə gül pirahənin çak eylədi.