Burada telqrafinQırılıb çoxdan teli,Əsərkən “Bağmeşə”dənEy sərin səba yeli.

Güzar qıl QarabağaBakıya, həm Şirvana.Yetir el pəyamınıO əziz Süleymana.

Möhtəşəm ol şairə,Bizlərdən salam söylə.Deynən ki, dinləyirik“Şairin səsin” hələ.

Ey əziz yurd qardaşım,Dilədin qara zindanYıxılsın təməlindənDilədin bizim ölkəGüllənib, olsun gülşən.

Lakin ey əziz qardaş,Bu səfər güzar etsənTəbrizdən, MərağadanHər yerdə görəcəksən“Günəşsiz, aysız zindan”.

Hasara salmış iblisŞəfəqli ölkəmizi.Şeytanlar qılınclayırYollarda kölgəmizi.

Bu tayda bir çox yurdlarYıxılmış... sönmüş ocaq.Odlanmış yürüşlərdəKitablar qalaq-qalaq.

Lakin hər sönən odunKül altı közləri var.“Obalı şair”lərinSazları, sözləri var.

Möhtəşəm şair, aman!Sözümdən məhzun olma!Dinlərkən qüssəmiziQəmlənib, dolğun olma!

Bir zaman şimallardanBizlərə qonaq gəldin.Zülməti yara-yaraƏlində çıraq gəldin.

Gecəmiz qaranlıqsaGözümüz səhərdədir.Fələkdən ümid üzübArzumuz bu yerdədir.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən