İsti düşmüş, yaydır günlər uzanıb,Su azalıb, çayır çəmənlər yanıb.Gün qızardıb əkinləri, qurudub,Bostançılar çöldə alaçıq qurub.Biçin vaxtı gəlib çatıb indicə,Xırman döymək gəlir biçin ardınca.Hovla qoşar baba, uşaq dən yeyər,Yorğun, tənbəl öküzləri o söyər.Günəş onu yay günündə qovurar,Yel əsərkən xırmanları sovurar.Xəlbirləyər ana dəni, o sələrToz içində yuvarlanar körpələr.Nemət içrə bugün acı çay içər,Qış günündə korluq və aclıq çəkər.Ana sevinər, uşaqları boy atar,Baba ölüb qara torpaqda yatar.Palçıq koma kölgə salar özgiyə,Yəni nəsil xidmət edər xan, bəyə.Yay da bitər, yenə günlər qısalar,Bostançının bağı ona verməz bar.Taxıl dolar anbarına ərbabınTazələrkən malakeşi arvadın.Fal açaraq deyər sellər axacaq,Ac kəndlilər yurd-yuvasız qalacaq.Güllənəcək xanın gözəl sarayı,Bəy alacaq bu il “Dimgəsər payı”.Uşaqları çiçək kəsib biçəcək.Bu il bir çox tazə gəlin öləcək.Mal qırılıb, bahalaşar daş kələm,“Sam” əsəcək çöldən... ələləm.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar