Müstədam olğıl həmişə, ey gözəl xanım mənim,Gözləri nərgiz, yüzü gül, zülfi reyhanım mənim.

Gün yüzün gördükcə, vallahi, bu könlüm şad olur,Həq səni var eyləsün, dövlətli sultanım mənim.

Sən fərağət, şadü xürrəm, mən qılıram nalələrXoşmidir, dilbər, sana bu ahü əfğanım mənim?

Həsrətindən xəstə oldum, dərdimi bilməz təbib,Dilbəra, vəslindədir, var istə dərmanım mənim.

Məqtə — şairin təxəllüsü olan son beyt. Ey Həbibim, iştə ğori mədhini təkrar edəm,Bülbüli-şuridənəm, sənsən gülistanım mənim.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq