Mən ki, ləlin can yerində görmüşəm
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Mən ki, ləlin can yerində görmüşəm,Dərdini dərman yerində görmüşəm.
Tiri-qəmzən zəxmini candan rəvanMərdüm axar qan yerində görmüşəm.
Xaneyi-gözdə xəyalın kölgəsin,Şükr kim, mehman yerində görmüşəm.
Gün yüzündə küfri-zülfin, ey sənəm,Mən yəqin iman yerində görmüşəm.
Müshəfi-hüsnündə xəttü xalınıHərfbəhərf Quran yerində görmüşəm.
Qaşların yayinə kim eyd ayıdır,Canları qurban yerində görmüşəm.
Məqtə — şairin təxəllüsü olan son beyt. Hər nə cövr etsən, Həbibi, lütf ilə,Hüsni-xülq ehsan yerində görmüşəm.
Kitabxana.az · https://kitabxana.az/works/habibi-men-ki-lelin-can-yerinde-gormusem
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Müavin mana ol Sübhan olursa,Bədəndə ruhi-qüdsi can olursa,
Müavin mana ol Sübhan olursaƏla, ey dilbərim, yarım, xərabat,Dilü can içrə dildarım, xərabat.
Dərdi-eşqə hər ki, ol dəmsaz olaDərdi-eşqə hər ki, ol dəmsaz olaOl gərək labüd ki, əhli-raz ola.
Hər kimə həmrah Fəzlullah olaHər kimə həmrah Fəzlullah ola,Ana fəzli-feyz ol Allah ola.
Başqa şairlərin şeirləri · Eşq
Ta ki sən oldun əsiri vəzi-yarın, ey yazıq,Qarə oldu yar əlindən ruzigarın, ey yazıq!
Sevənlərin nə vecinəSevənlərin nə vecinəŞaxta kəssin nə qədər,
Düşə bir də nəzərim mehri-rüxi-cananəDüşə bir də nəzərim mehri-rüxi-cananə,Kafirəm, meyl eləsəm sərvü gülü reyhanə.
Bəri baxAla gözlü, sərv boylu dilbərim,Həsrətin çəkdiyim canan, bəri bax.