Düşə bir də nəzərim mehri-rüxi-cananə
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Düşə bir də nəzərim mehri-rüxi-cananə,Kafirəm, meyl eləsəm sərvü gülü reyhanə.
Bu nə sözdür ki, mənim eşqimi tərk eyləmisən,Allah, Allah, sözə bax, seyr elə bir böhtanə!
Tövbə qıl, Tariyə bax, bir də çevirmə üzünü,Baxma düşmən sözünə, lə’n elə bir şeytanə.
Hanı zahid ki, gələ bir görə tərsa qızını,Özünü zəbt eliyə, tə’nə vura Sən’anə.
Istərəm, ətləsü diba geyəsən qamətinə,Məst tavus kimi çətr urasan hər yanə.
Belinə tirmə sarıb, ucların əfşan edəsən,Açılıb gül kimi, minnət qoyasan hər canə.
Nəzərində düzülə, səf çəkə xüddamü kəniz,Sən özün təxtə çıxıb əyləşəsən xaqanə.
Eşq odun doğru imiş, gizləmək olmaz, billah,Alışıb öz-özünə, düşdü sözüm dastanə.
Məqtə — şairin təxəllüsü olan son beyt. Yazığım gəldi, Nəbati, sənə, yandı ürəyim,Heyfsən, çox da dəxi gəzmə belə divanə.
Kitabxana.az · https://kitabxana.az/works/ebulqasim-nebati-duse-bir-de-nezerim-mehri-ruxi-canane
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Gətir, saqi, meyi-gülgun, bu bəzmi bir bahar eylə!O cami-ləlfam ilə bu xamı bir xumar eylə!
Sərməst yıxıldım genə meyxanələr içrəSərməst yıxıldım genə meyxanələr içrə,Oldum genə rüsva neçə fərzanələr içrə.
Xədəngi-tiri-müjganın əsər qılmış dilü canəXədəngi-tiri-müjganın əsər qılmış dilü canə,Şikənci-türreyi-zülfün salıbdır rəxnə imanə.
Satiya, dur dolanım başına, gəl dövranəSatiya, dur dolanım başına, gəl dövranə,Cami-zərrini götür, bircə dolan məstanə.
Başqa şairlərin şeirləri · Eşq
Yeriməz salik olan rahi-rizadən qeyri,İstəməz arif olan cövrü cəfadən qeyri.
Aşiqi-giryan, cənani-xəndanA.Səhhət qardaşıma ithaf*1
Gəldi bir qaşı kaman yanıma göyçək-göyçəkGəldi bir qaşı kaman yanıma göyçək-göyçək,Atdı müjgan oxunu canıma göyçək-göyçək.
Sevə bilərimsə...Ancaq məhəbbətçün yaranmışam mən,Alammaz əlimdən bu haqqı kimsə.