Satiya, dur dolanım başına, gəl dövranə
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Satiya, dur dolanım başına, gəl dövranə,Cami-zərrini götür, bircə dolan məstanə.
Tari-zülfün kimi sən ki, məni bican elədin,Gətir ol ruhi-rəvan ilə məni bir canə.
Görməsin özgə gözəllər məni Məcnuni məgər,Salıb ol kafəri-birəhm məni zindanə.
Eşqdən gör nə əcəb nəf’ə yetişdim, vəh, vəh!Aqili-əsr ikən etdi məni divanə.
Qorxma nirani-fəraqın şərərindən, ey gül,Sidqilən tut üzünü bircə şahi-Mərdanə.
Ismi-ə’zəm deyilən ismi-Əlidir, billah,Gəzmə bica yerə Nəsnas kimi hər yanə.
Məqtə — şairin təxəllüsü olan son beyt. Etməz iqrar, Nəbati, bu sözə zahidi-dun,Gəlməz imanə yəqin and içəsən qur’anə.
Kitabxana.az · https://kitabxana.az/works/ebulqasim-nebati-satiya-dur-dolanim-basina-gel-dovrane
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Eşq
Öz ıxtıyarımı mən vermışəm nıgar əlinə,Yetibdi faili-müxtarın ixtiyar əlinə.
Gəraylı: Bir qiya baxışlı yardanBir qiya baxışlı yardanCüda olmaq nə mümkündür,
SonetGünlərim calanıb ömür yoluna,Sözlərim səpilib ayaqlarına...
Səni sevdim ki...Mən səni sevəndə yaz havasıydı,neyləyim, taleyin gözü tökülsün.