Öz ıxtıyarımı mən vermışəm nıgar əlinə
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Öz ıxtıyarımı mən vermışəm nıgar əlinə,Yetibdi faili-müxtarın ixtiyar əlinə.
Könul, gər ıstəyırsən məstı-camı-eşq olasan,İnani-huşunu ver yari-huşiyar əlinə.
O gün ki, qismət edibdir vücudu cüzvbəcüz,Veriblə rişteyi-səbrü qərarı yar əlinə.
Həvayi-darilə Mənsurun əql şahbazi,Uçub qonub səri-giysuyi-tabdar əlinə.
Nolurdu bircə gedəydi xəzan, gələydi bahar,Düşeydi daməni-gül əndəlibi-zar əlinə.
Hənayə bax, necə gör bihəyadı, qanə dönüb,Utanmayıb qızarıb, əl verib nigar əlinə.
Çəkibdi kamına könlüm quşun o zülfi-siyəh,Udar, bəli, düşə güncüşk beççə, mar əlinə.
Əlində öz məməsin oynadırdı yar, dedim:Ənari-tazə düşüb sərvi-gülüzar əlinə.
Demə bu aşiqə: Gəl, tari-zülfümə vur çəng,Vücudu çəng olu gər düşsə bircə tar əlinə.
Məqtə — şairin təxəllüsü olan son beyt. Bu növilən ki, yanar odlara, yanar Sərraf,Xilas olunca salır nəqdi-xoşəyar əlinə.
Kitabxana.az · https://kitabxana.az/works/haci-rza-serraf-oz-ixtiyarimi-men-vermisem-nigar-eline
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Olmusan can verməyə amadə, xoş gəldin, oğul,Get boyun qurbanı, ey şəhzadə, xoş gəldin, oğul.
Bir rəmzilə yarırn edər əhli-dilə qaş-gözBir rəmzilə yarırn edər əhli-dilə qaş-göz,Tari bili, xalq eyləyə bilməz elə qaş-göz.
Dilim yansın əgər dildən deyənı gəl tərki-naz eyləDilim yansın əgər dildən deyəm gəl tərki-naz eylə,Vəli, dildə təhəmmül qalmayıb, bir qədri az eylə!
Ey bala, ey quzu, ey şux məmə, qurban gözünəEy bala, ey quzu, ey şux məmə, qurban gözünə,Olürəm, bir belə qoyma nəmə, qurban gözünə.