Susuyubdur genə kimin qanına,Xumar-xumar baxar hara gözlərin?Nola bir də dolanaydım başına,Qurbanı olaydım qara gözlərin!

Müqəvvəs qaşların etginən kaman,Çəkginən müjgandan tiri-cansitan,Bu xəstə canımı qılginən nişan,Qoy etsin köksümü para gözlərin.

Sənubər qamətin, ey sərv rəftar,Şümşadü ərəri etdi şərmsar,Nə yalqız etmisən məni xarü zar,Çoxları gətirib zara gözlərin.

Arizin dövründə zülfi-müşginab,Qoymaz şəfəq salsın türsi-afitab,Hökm qıl götürsün sayəsin səhab,Bu dərdə eyləsin çara gözlərin.

Üzün şəşəəsi ey şəmi-Çəkil,Xurşidi-xavəri etdi münfəil,Belə ki, eşq odu oldu müştəil,Çəkdirə həqq məni dara gözlərin.

Xədəngi-xunrizin, ey şirin mənzər,Xosrovu təxtindən etdi dərbədər,Həlqə edib əldə zülfi-müənbər,Nə sehr oxur genə mara gözlərin?

Təzə gültək açılıbsan səhərdən,Müzəyyən olusan ləlü gühərdən,Yaxşı saldın Nəbatini nəzərdən,Əcəb mail olmuş xara gözlərin!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq