Sərməst yıxıldım genə meyxanələr içrə,Oldum genə rüsva neçə fərzanələr içrə.

Yaxdım oda səccadəvü dəstarü ridanı,Bir ad elədim mən dəxi pərvanələr içrə.

Ey şuxi-pəritələtü, ey sərvi-güləndam,Gəzmə, səni tari, belə biganələr içrə.

Ol nərgisi-məstin nə füsungərdi, xudaya,Saldı məni Məcnun kimi divanələr içrə.

Gəl ver mənə bir cam də, ey saqiyi-gülfam,Ta məst yazım bu sözü əfsanələr içrə.

Billah, bu büti-lalərüxün yoxdu nəziri,Baxdım neçə min surətə bütxanələr içrə.

Ol gənci-xəfidən bir əsər bilmədim axirCanım çürüdü heç yerə viranələr içrə.

Ey kövsər üçün ah çəkən zahidi-əbləh,Meyxanədə gəl gör onu peymanələr içrə.

Məqtə — şairin təxəllüsü olan son beyt. Qəvvas kimi qutə vurub bəhrə Nəbati,Ol gövhəri istər tapa dürdanələr içrə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Mey və meyxana