Gözlərinə nəm tökülüb
Bu nə aləm ki, bura aləm olub cəm tökülüb,Burda bir şəm yanıb, nuruna aləm tökülüb.
Məst olunca eləyin nuş kəlam badəsini,Mailin söz quyusundan ona «zəm-zəm» tökülüb.
Füzuli məclisi illərlə dəvamında durar,Onu Mail yaradıb, özülü möhkəm tökülüb.
Neçə illərdi ki, qəlbimdə nə bir yarə olub,Hacının yüngül əlindən ora mərhəm tökülüb.
Ya tarın pərdələrindən süzülüb qəm kamana,Ya kaman nalələrindən o tara qəm tökülüb.
Babanın sözləri hər kimdə gülüşlər doğurub,Bü gülüşlərdən onun gözlərinə nəm tökülüb.
Baba yox, bir bəbədir bəzmdə Pünhan bu gecə,Bəbə tək nimçəsinə bir tikə «nəm-nəm» tökülüb.
20 oktyabr 1998. Bakı
Kitabxana.az · https://kitabxana.az/works/punhan-gozlerine-nem-tokulub
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Səndə Çaplindən füzun, artistlik istedadı var,Əsl artist sənsən, o Çaplinin ancaq adı var.
Boyunlar darə öyrəndiBizə dərd üz verən gündən, hərə bir çarə öyrəndi,Bakı köç etdi bulvardan, gələn bulvara öyrəndi.
Baba aləm BabadırAtayam həm də Baba, həm babam Adəm babadır,Babanı sevdi oba, çün Baba aləm Babadır.
Ac vətənin acı hacıHacı MailəŞüəra məclisinin nur saçan tacı hacı,
Başqa şairlərin şeirləri · Mey və meyxana
Lütf et, geri gəl, dar-dilimə munisə-can ol!Bu yanmışa sən məhrəmi-əsrari-nihan ol!
Nə qəmim var cahan icrə bənim, yar bənimNə qəmim var cahan icrə bənim, yar bənim,Nəyim əksikdi bənim, yar bənim, var bənim.
Ay mədədSaqi, bir badə ver, keçdi –Bahar, ay mədəd, ay mədəd!
Saqiyə, rəhm qılıb badə gətir nuş edəlimSaqiyə, rəhm qılıb badə gətir nuş edəlim!Pişi-çeşmi rüqabə yari dər aquş edəlim!