Saqi, bir badə ver, keçdi –Bahar, ay mədəd, ay mədəd!Sərxoşam öldürür, məni –Xumar, ay mədəd, ay mədəd!

Eşq atəşin düşsə cana,Rəxnələr salar imana,Bağladır Şeyx Sənana –Zünnar, ay mədəd, ay mədəd!

Görün bu namehribanı,Apardı ağlı, imanı, etdiyi əhdi, peymanı –Danar, ay mədəd, ay mədəd!

Neyləyim mən bəxti qara,Düşdüm vətəndən avara,Canım atəşi-rüxsara –Yanar, ay mədəd, ay mədəd!

Əndəlibi-pərişanam,Yay qaşlarına qurbanam,Mübtəlayi-zimistanam,Gülzar! Ay mədəd, ay mədəd!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Mey və meyxana