Əhdi-peymanında dayanan yarın,Şəninə Minada quzu qurbandı.Ellər səna etsə qeyrət, arına,Min sərrafın söhbət, sözü qurbandı.

Dağların nərgizi, çölün lalasi,Saqilər əlində mey piyalası,Ceyranın, cüyürün körpə balası,Ormanda maralın gözü qurbandı.

Əhdi-peyman ara eşqin yolunda,Olmaya qəlb qara, eşqin yolunda,Bir vəfalı yara eşqin yolundaBivəfa aşiqin yüzü qurbandı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq