Qohum-qardaş, dost-müsahib yanında,Günahkaram, günahkara bilin siz.Bülbül fəğan eylər öz gülşənində,Qızılgül həmdəmdi xara bilin siz.

Sinəm yara oldu dağı-düyündən,Könlüm ayrılmadı öz miskinindən.Kişi də dönərmi öz dediyindən?Sinəm oldu para-para bilin siz.

Aşıq Alı deyər sözün aşkara,Heç vaxt güvənmədim dövlətə-vara.Düz oldum dostluğa, əhdə, ilqara,Mənim bu dərdimə çara bilin siz.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar