Əkdiyi çiçəklər göyərirhər bahar gələndə,Sancdığı tənəklər göyərirhər bahar gələndə.Elə bil o keçən arzular,Diləklər göyərirhər bahar gələndə.Uşaqlıq qayıdır, dodağıDolu bir sevinclə, gülüşlə.Cavanlıq qayıdır, torpağıTitrədən qürurlu yerişlə.O, sanki yenidən doğulurhər bahar gələndə.Torpağı qızdıranhavalar gələndə.Qıçları titrəyə-titrəyəTələsir bağçaya.Əl atır külüngə, vedrəyə,Tələsir bağçaya.Deyirsən, kəsilsə ayağıTəbiət günəşi kəsəcək.Çiçəklər körpətək ağlayıb,Ağaclar qocadan küsəcək.Geciksə, nəğməsiz qalacaqTəzəcə dil açan yarpaqlar.Geciksə, yarışil olacaqCərrahı gözləyən budaqlar.

Harada itirsən onu sənBir ağac dibində yenə gəz.İşini az bilməz alimdən,Yerini nazirlə dəyişməz.Qocaya «nə yaman qocalıb»deyənlər tapılır.«Az işlə, ömrünə az qalıb»deyənlər tapılır.Onsuz da öləcək, bilir o,Başını bulayıb gülür o:Bəs işsiz, bir qara daş kimi...Bu ağır bir ölüm deyilmi?Biz gedək, bizimlə dünyanınİşığı keçəsi deyildir.Əlindən yapışıb insanınHəyat ki, köçəsi deyildir.Şərt odur, köçəndə göstərəkBir ömrün tutduğu yeri biz.Ən təzə binadan düşən birKərpic tək bilinsin yerimiz.

Oktyabr, 1965

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar