Bu il «Sabir günləri»nə gəlmədi Rəsul,Hər ocağa bu xəbərin ayazı yetdi.Avazıdı qara torpaq, qaraldı ağ su,Zaman bir də çətin doğa o planeti.

Alqışlar da bircə əlin «himi»ni gözlər,Yer üzünü ətəkləyib çəkə salona.Çox ərməğan acı deyil o mavi gözlər,Bircə çinar yarpağı da bəs elər ona.

Hələ səsi kürsülərin qulaqlarında,Soyumayıb daş-divarda əlinin odu.Hələ izi quzeylərin dənər qarında,Hələ vulkan geyimini dünən soyundu.

Səhər ağ gün çıxarmışdı çıxdığı yola,Hənirindən başlamağa dağ mehi hazır...Bir gözəldi gözləməkdən gözləri dolan,Qucağında tər bənövşə yazıqdan yazıq.

Haqqım yoxdu yamacına düz deyim onun,Ölüm adlı bir araba durur qapıda.Gözü yaşlı misraları az deyil onun,Ağlayanı, sızlayanı çətin tapıla.

Ölçülərə boy verməzdi əyilməzliyi,Boz, qranit qayalarla duruşu təndi.Göyərtdiyi ölməzliyin, yenilməzliyinƏkinçisi Rəsul idi, barı vətəndi.

Bu hikmətə yerin, göyün özüdür şahid,O, ölümü dəfn elədi özündən qabaq.Söz yaşadan ünvanlarda yaşayır şair,Yaşayıbsa, «yaşamışdı» yazılmayacaq...

Avazıdı qara torpaq, qaraldı ağ su,Hər ocağa bu xəbərin ayazı yetdi.Bu il şer günlərinə gəlmədi Rəsul,Zaman bir də çətin doğa o planeti...

5 oktyabr 1982

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri