Tək olanda
Tək qalmaq istərəm,Tək qalmaq, hərdən.Özümə çəkiləm bayquşdan betər:Dartmalar, didmələr, deyinmələrdənQulağım dolubdur,daşıbdı, yetər...Sanaram bir axşam düşüncəm duru,Gör necə çırpınıb necələnmişəm.Bir də görürəm ki, üz-üzə durubMən özüm özümdə neçələnmişəm.Ələnər başıma min sual-yağış,Sualkeş də mənəm,Cavabkeş də mən.Bezərəm Xəyyamlar cavab tapmamışİdrak «neyçinlər»i, «niyələr»indən.Çiynimdə ən yüngül yük olanda daSığmır fikirlərim bir qəlbə, vallah...Tək ola bilmirəm tək olanda da,Qəribə insanam,Qəribə, vallah...
Noyabr, 1970
Kitabxana.az · https://kitabxana.az/works/memmed-araz-tek-olanda
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bu dünya ibrətdi, bu dünya dərsdi,İtirən uduzur,
Necə yaşadımsa...Heç nə qalmayacaq, bilirəm, heç nə;Nə şöhrət çələngi, nə şöhrət tacı.
Yol ayrıcında söhbətMən özüm bilirəm nəçiyəm, nəyəm;Tikdiyim bu daxma, hördüyüm budur,
Əgər mən özümlə üz-üzə gəlsəm...İkiləşir, özü ilə üzləşir insan.Bu dünyada, o dünyada, hardasa bir gün
Başqa şairlərin şeirləri
Bir namə yazım, badi-səba yarə yetirsin,Şərhi-qəmimi ol büti-xunxarə yetirsin.
Nərgiz gülüÇöldə qar yağır,alaçalpov.
بتی چون رامش اندر می مهی چون دانش اندر جانبلای دل بدو سنبل شفای جان بدو مرجان
ƏlifbaƏlif Allah ilə yad etdim mən Allahu əkbəri,Bəqayi-lə-yəzəldir fani olmaqdan bəri,