Çöldə qar yağır,alaçalpov.Evdəgülqabında nərgiz çiçəyi.Xumar gözlərindəhəyat eşqindən yanan alov,

Başındayarıb çıxdığı qarınağ ləçəyi.Qara kirgiklərindəneçə gecənin bal yuxusu.Nəfəsindətorpağa hələ qədəm qoymamışbahar qoxusu...Əyilibqulağına pıçıldayıram;– Çiçək olsa da adın,Əməlində qəhrəmansan,qəhrəman.Kaş, sənin kimibahardan müjdə gətirmək üçünşaxtayla,boranla üz-üzə durmağıbacaraydı hər insan.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar