Necə tale məni etmiş də
Necə tale məni etmiş də pərişan sənsiz,Qalmışam həsrət ilə gözləri giryan sənsiz.
Gülə sənsiz üzüm aləmdə, bu müşküldü mənə,Heç açılmaz ürəyim, qalsa o bir an sənsiz.
Bu yer olmuş vətənim, qardaşım ellərdir, inan,Yenə hicrində sıxır qəlbimi hicran sənsiz.
Məni Məcnun elədin, sirrimi faş etdim əzəl,Bilmədim çoxdu tökən göz yaşı pünhan sənsiz.
Əriyir şam kimi yandıqca könül, eşqinə bax,Yox əlacım, dirilib gəlsə də Loğman sənsiz.
Əymərəm baş, məni səndən ayıran əllərə, bil,Buna o hakimi-dövran verə fərman sənsiz.
Azəroğlun daha atəşlərə az yandır sən,Bil ki, atəşdə yanır hər tərəf, hər yan sənsiz.
Ərdəbil, 1943
Kitabxana.az · https://kitabxana.az/works/balas-azeroglu-nece-tale-meni-etmis-de
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Hicran
Mən oldum hüsnünə heyran,A qız sənin, a qız sənin,
Ulus torpağıQoynunda olanlar bilər qürbəti,Yurddaşa zəhərdir onun şərbəti,
İntizarım həddən ötdü, gülüzarım gəlmədiİntizarım həddən ötdü, gülüzarım gəlmədi,Sünbülüm, sərvim, gülüm, bağım, baharım gəlmədi.
ای سنگدل، به حق وفا کز وفا مگردعهدی بکن به وصل و از آن عهد وا مگرد