Torpaq
Bilmirəmhansı müdrik insanbu adı vermiş sənə:“Torpaq!”Sənə “Ana”,“Vətən” dedik,ancaqetiraf etməliyik, düzü,öz əzəmətini itirmədiyenə “Torpaq” sözü.Sevdik sənianamız qədər.İnsanlar sənin yolundadəstə-dəstə,nəsil-nəsilölümə getdilər.Sinənə göz yaşı axdıgilə-gilə,qan töküldüzolaq-zolaq.Necə də laqeyd qarşıladın,torpaq,İsti göz yaşın da,qaynar insan qanını da,bəlkə bununçün“Torpağın üzü soyuq olur”dedilər,qəbul etdininsanların bu böhtanını da.
I
Atam dolandı başınaayağı yalın,başı açıq,Dedi: “Bəlkə sən,sudan, günəşdənkorluq çəkməyəsən...”Özünü oda-suya vurdu qoca,Əlləri şaxtadan yana-yanaNeçə çayın suyunu axıtdıqurumuş dodaqlarına.Komamıza gün düşmədi,“Birtəhər dolanarıq” dedi.Kəndidən un qurtardı¹uşaqlar tərə qaynadıb yedi.Ancaqsağa, sola çevirdi sənihər gün;“Torpaq günəşsiz qalmasın...”¹ Kəndi – un saxlanan yer.
Son ovuc buğdanı dasəpdi sinənə –“Torpaq sonsuz olmasın...”Daşdan çıxartdı çörəyiyazıq atam.Axşamlar canının ağrısındınuşaq kimi ağladı.Fəqət,yenə ümidini sənə bağladı:“Torpaq həyatımızdır” dedi.Nə ata bildi,Nə uda bildi...Bir gün dəsinəsinə söykəyibzamanın qırmancındanşırım-şırım olmuşsinəsini,alanda son nəfəsini,yenə səni qucaqladıhamıdan qabaq.Öldü..Ovcunda bir çəngə torpaq!..Sən hiss etmədin bu dərdi!Yox!Hiss etmədin yəqin!Axı, mənim təknə hönkür-hönkür ağladın,nə də anam kimiiçin-için!..Hiss etmədinbu dərdi yəqin.Bilmədin bəlkəqollarının qüvvəsini,alnının təriniarx suyu kimi içdiyin,hissini,həyəcanını,bir də həyat eşqinioraqsız, dəryasız biçdiyinbir dəri,bir də sümük yığını olanbu insan,bir gün yolda qalacaq.Bəlkə də bilmirdin bunu?!Fəqət nə oldu,Sənə qucaq-qucaqgünəş verən adamınAxırda uddun qəlbinin odunu!Ancaq biz yenənə “qatil” dedik,nə də düşmən olduq sənə.Atamın ölümündən sonraqardaşım çəkdi nazını,babamdan sonraatam çəkən kimi.“Torpaq həyatımızdır” dedik,sevdik səniana kimi,vətən kimi.Çəkdik nazınıatam çəkən kimi...
II
Ancaq,sən ana olmadın bizə.(babalar demiş:)“Ey üzü soyuq torpaq”!Anam dözdügünlərin ağına, qarasına.Sığındı atamıngünəşsiz, çörəksiz komasına.Dözdü:əllərinin cadarına,dizlərinin yamağına.
Bir dəfə də “acam” deyəyıxılmadı ağanın ayağına.Fəqət sən!Suyu olmayanabir sünbül vermədin.Öküzü olmayanınüzünə gülmədin.Yoxsulluq nə olduğunubilmədin!“Ver, verim!” dedinBazar baqqalı tək.Daha demədinkəndisi boş qalanlaracından öləcək!Bilmədingətirən kimdir,aparan kim.Nəşədən qəhqəhə çəkən,acından fəryad qoparan kim.Gündə bir ada yazıldısahiblik kağızın,dinmədin...Məhsulun hər ilbir anbara doldu,dinmədin...üstünə neçə ad,neçə qayda qoyuldu,dinmədin...sənin yolundaneçə arzu külə döndü,dinmədin...“Anamın cehizidir bu torpaq!”deyən ağa öyündü,dinmədin...Bəlkə sən dözümlüsən, torpaq!Axı nə qədər dözəcəksənbu təhqirə,bu tapdağa?Niyə fil gövdənləqalxıb ayağademirsən:– Ey anasının cehizini,babasının mirasınıaxtaran cənab!Daha bəsdir şəcərəbazlığınız!Bu gündənqurtardı bu irsi haqq-hesab!Bir də sən kimsən,sahib olasan mənə?!Ömründə əlin toxunmayıbəlimə,nə şaxta çəkmisən mənimlənə isti bilmisən!Nə sevincimi duymusan,nə kədərimi bölmüsən!Bilin!Nə sahibim var mənim,nə ağam!Mənməni əkib-becərənləbu həyata ortağam!!!
III
Ey ana torpaq!Mən istəyirəmsən haray çəkəsən, haray!Bütün insanlar eşidəetiraz səsini.Özün öz əllərinlə parçalayasan“Mən torpağın sahibiyəm!” adlıbəşərin nəsildən-nəslə gələnfaciəsini!..Qoy, kəndliyə sədəqə kimiTala-tala torpaq verəncənabların əlləri düşsün
yanına!Qoy utansınlarxalqın malını oğurlayıbyenidən sahibinə satdıqlarına!Mən bunu istəyirəm ancaq;nə sahibin olsun, nə ağan!Sən də mənimləbir cərgədəsəsini ucaldasan!Ey ana torpaq!Ey ana torpaq!
Kitabxana.az · https://kitabxana.az/works/balas-azeroglu-torpaq
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Qışın soyuq nəfəsi buludda qara döndü,Gül-çiçəkdən ayrılıb dağlar çənə büründü.
Uzaqdan məktublar“Həyat haqqında düşüncələr” silsiləsindən*1**
Məcnun söyüdBelində yağışlı payız günləri,Bulud göz yaşıyla yuyur şəhəri.
Miladdan qabaqkı danışıq dilindəMənə dəftər verin,bir də qələm...