Məcnun söyüd
Belində yağışlı payız günləri,Bulud göz yaşıyla yuyur şəhəri.Küçələr bomboşdur, nə səs, nə adam.Mənsə tək otaqda lap darıxmışam.Çıxıram şəhərə...Sısqa yağışdaGöz yaşı axıdır ağac da, daş da.Kiçik bir meydandan keçdiyim zaman,Görkəmi pərişan, özü pərişanBir məcnun söyüdü görürəm birdən.Onun qabağında dayanıram mən.Bir arxın üstündə o durmuşdur tək,Sakitlik içində fikrə gedərək...Saçları qarışmış zəmanə kimi.Özüsə hər şeyə biganə kimi.Səhradan, günəşdən, qumdan uzaqda,Bu soyuq, rütubət, qərib torpaqda,Gəlib-gedənlərə baxır həsrətlə.O odlu, o qaynar, coşqun xislətlə,Bu soyuq şəhərdə necə dözür o?Burda nə axtarır, kimi gəzir o?Məcnun söyüdmüdür belə lal durur?Yox, o Məcnun deyil,Bir xəyal durur...Məcnuna oxşayır görkəmində o,Olmamış məcnunluq aləmində o.Məcnun zəmanəylə girmədi dona,Dövrünün ən qəti qanunlarınaO nə “bəli” dedi, nə də baş əydi.Sanki iki dünya baş-başa dəydi.Sonra da deyingən qarı sayağı,Böhtana açıldı dövrün dodağı.Nə hökmü, nə zoru dada çatmadı,Fəqət o susmadı, aram tutmadı,Yanıb “Məcnun” dedi eşqin oğluna.Qeysə bax, fəxr etdi məcnunluğuna.Açıq sinəsini verib qabağa,Yalın ayağıyla odlu torpağaYeni cığır salıb obadan çıxdı.O dedi: “Məcnuna yollar açıqdı...”Qılınc da, nizə də, ox da, zəncir də,Saxlaya bilmədi onu bir yerdə.Gəzdi iqlim-iqlim o gənc yaşında,Məhəbbət, sədaqət, haqq savaşındaNeçə hökmdarı saldı taxtından.Neçə cangavər də küsüb baxtındanMəcnunla duranda qabaq-qabağaQanlı qılıncını atdı torpağa.Ram etdi çöllərin pələngini də,Ceyranın qorxulu ürəyini dəİnsana isidən bəlkə o oldu.Dağların döşündə məclis quruldu.Çölün sakinləri yığılıb gəldi,Qaçan da, qovan da burda dincəldi.Nə güclə bəlləndi, nə də ki, aciz.Hakim qulsuz oldu, qullar hakimsiz.O yığdı hamını öz süfrəsinə,Ülvi bir məhəbbət dairəsinə.Bu üns məclisində hörmətə meyarBir məhəbbət oldu, bir də etibar.
Bəs indi gördüyüm bu nə aləmdir?O Məcnun hardadır?Bu Məcnun kimdir?Saçları tökülmüş çiyinlərinə,O inam, o təmkin, o qəm yerinəOnun gözlərindən axan yaşdırmı?O öz keçmişindən ayrılmışdırmı?Birdən məcnun söyüd gələrək diləDedi: – Elə demə, bir insaf elə.O yazıq, kimsəsiz Məcnun mənəm, mən!– Yox, – dedim, – bu fikir əsla düz deyil
Məcnun yazıq deyil, kimsəsiz deyil,Bir yerdən gəlmişəm odlu, atəşli,Qumu hərarətli, göyü günəşli.Leyli də ordadır.Bəli, özüdür...Məcnunu olduğun o şərq qızıdır.Gözləri Dəməşqin gecələri tək,Saçları Fəratdan bir qədər gödək,Qaşları çatılmış qılınc tək qoşa,Sanki Nofəl özü çatmış baş-başa.Nəxlə bərabərdir boyu, qamətiDəclə nəğməsidir sözü, söhbəti.Yerişi, duruşu elə Leyli tək.Əynində ətəyi həşyəli köynək.Hicranın odundan gələrək dilə,Hər axşam səsini çəkəndə ziləXəzərin sinəsi qabarır, enir,O qızın səsindən səhralar dinir.Dağlarda əks olur “Ya Qeys!” kəlməsi.Onun məhəbbəti, dərdi, nəğməsiSənin həsrətindir, sənin fərağın.İnsanın, dövranın, bir də torpağınMin illik dərdini danışır bizə.Sanki Füzuli də qarışır bizəOna qulaq asır...“Ey xoş ol məst ki, bilməzqəmi-aləm nə imiş.Nə çəkər aləm üçün qəm,nə bilər qəm nə imiş”.
Gördüm ki, düşünür məcnun söyüd də.Bayaqdan göz yaşı tökən söyüddəİndi başqa hal var, başqa görkəm var.Sanki onu ondan ayırmışdılar.Haçandan-haçana gələrək diləDedi: – Heç bilmirəm bu gəlişinləMənə sevinc verdin, yoxsa ki kədər.(Bağışla qəlbinə toxunsam əgər...)Arayıb, axtarıb məni tapmısan,Bunu bir dünyaya dəyişməz insan.Nə qədər sıxsa da bu qürbət məni,Sənin sözündəki hərarət məni,Min il də yaşadır, bəli, min il dəLeylidən uzağa düşdüyüm eldə...– Gəl gedək deyirsən?Hara gedək biz?Siz mənə Leylini vəd edirsiniz.Məni atəşlərə çəkirsiz yenə.Yox! Dözə bilmərəm vəslin dərdinə.Yox, dözə bilmərəm! Bu dərdim bəsdir!Minillik fəraqdan qaçmaq əbəsdir.Bir də Leyli özü danlayıb deyər:– Səni Məcnun bilib sevirdi ellər.Səninsə dözümün, hünərin buymuş?“Məcnun diz çöküb, o təslim olmuş...” –Deyib danlamazmı görənlər məni!Yox! Vəslə çağırmaz ərənlər məni.Gedəsi deyiləm, doğrusu, burdan.Mən vəslə yetişsəm, kim çəkər hicran!Elə bir adamı göstərin, hanı?!Mən ona tapşırıb gedim hicranı.“...Məcnun köçüb getdi sinəsində qəm,İndi bu dövranın Məcnunu mənəm...” –Deyən aşiqlərin arzusu, qəmiDövrünün Məcnunu olmaq deyilmi?Özün de, eşqdə bu da hünərmi?Mən necə anladım ona dərdimi.Axı mənim dərdim hind dəryasıdır.Leyli o dəryanın bir damlasıdır.Təkcə eşq olsaydı cahanda dərdimOnu piyaləyə töküb içərdim.İçib məst olardım.Bəlkə o zamanNə Leyli olardı, nə mən, nə hicran.
Yox! Yox! Məstliyin də olmaz imdadı.Əgər Ömər Xəyyam yaranmasaydıBəlkə inanardım.Mahaldır indi.Təqsir bizim deyil, zəmanənindir.Ən böyük günahkar o əyyam oldu,Məni Məcnun etdi, o, Xəyyam oldu.İndi elə aşiq istəyirəm mənO yüksəkdə dura eşqdə məndən.Sən belə aşiqdən gətirsən xəbərLeyliyə demirəm, dünyaya dəyər...Dedim: – Tarix oldu sən doğan illər,Min tufan içindən keçsə də bəşərSəni unutmadı yenə heç zaman.İstəyim budur ki, səni bu dövranYenidən doğaraq öz oğlu kimi,Yaşatsın Nizami, Füzuli kimi.– Yaşatsın deyirsən! Qəribədir bu!De nə vaxt müqəddəs bir eşqin oğluYenidən yaşamaq fikrinə düşdü!Bir də ki, Məcnunu kim öldürmüşdü?Dünən qəbilədən çıxan bir nəfərBu gün şöhrətlənmiş bu dünya qədər.İndi mən hər eldə, hər diyardayam.Həyatda, torpaqda, xəyallardayam.Burda bir ağacam, Şərqdə dastanam,Kitabam, nəğməyəm, şerəm, insanam.Neçə ad vermişdir mənə hər ustadQərbdə Otelloyam, Şərqdəsə Fərhad.Bir vaxt Sənan idim, şeyxlərin başı,Sonra Hamlet oldum saraya qarşı.Mənsuram, Yusifəm, Romeoyam mən.Yox, heç kəs deyiləm, onlar mənəm, mən...Sənsə bu halımı bilərək yenəGəl gedək deyirsən nə haqla mənə!“Gəl gedək deyirsən!”Hara gedim mən?De, necə ayrılım özüm-özümdən.Leylidən söz açdın, Leyli məndədir.Onun eşq atəşi bədənimdədir.Bu qəmim, həsrətim, dərdim Leylidir.Eşq oduna yanan hər kim Leylidir.Günəşsiz yaşaram min il də bütün.Leylisiz qalmadım ömrümdə bir gün.Bir vaxt başım üstdə o günəş oldu.Onun atəşindən yanıb qovrulduXeymə ağacı tək dərim, bədənim.Bir insan tüstümü görmədi mənim.İndi də bu duman, bu çiskin, bu çənLeylidir, bulud tək başımın üstdənAsılıb göz yaşı axıdır müdam.Mən bu göz yaşıyla ülfət tutmuşam.“Gəl gedək deyirsən!”Hara gedim mən?De, necə ayrılım özüm-özümdən.Ən böyük sevincim bu dərd, bu qəmdir.Hicrandan vüsala bircə qədəmdir.Ancaq qorxum budur vüsala yetsəm,Leylini itirəm, qəmi itirəm.Gəl sən də çox görmə hicranı mənə.Bil, dözə bilmərəm vəslin dərdinə...Deyərək astaca əydi başımı,Mən gördüm Məcnunun ilk göz yaşını.Düşündüm qəlbinə toxunmuşam mən.Danışa bilmədim xəcalətimdən.Çəkildim.O söyüd tək qaldı yenə,Qərq olub dərdinin dərinliyinəTək qaldı yenə.
Berlin, 1963
Kitabxana.az · https://kitabxana.az/works/balas-azeroglu-mecnun-soyud
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
(Əlif) Allah ismin əzbər eylədim(Bə) buyurdu lütf-i ehsan çağıdır
Hər zaman gul yuzunu murği-ravan eylər yadHər zaman gul yuzunu murği-ravan eylər yad,Bülbülü bismilu şuridə kimi eylər dad.
Əcəb yüzin görən necə qılar tabƏcəb yüzin görən necə qılar tab,Çu andan bibədəl olur şeyxlə şab.
Yan İndiKönül düşdün bir gözlünün odınaÇək cəza kədər həşrədək yan indi