Dağ seli və daşlar...
Qışın soyuq nəfəsi buludda qara döndü,Gül-çiçəkdən ayrılıb dağlar çənə büründü.Yolları, keçidləri örtdü tala-tala qar,Tamam görünməz oldu dağa qalxan cığırlar.Şaxta kəsdi torpağı,Tarlalardan kəsildi insanların ayağı,Kimsəsiz qaldı çöllər.Sanki xeyli kiçildi, xeyli daraldı çöllər.Günlər dəvə karvanı,Ötdükcə qatar-qatarƏlində qızıl günəş üfüqdən doğan baharHaray çəkdi bir səhər.
Zirvələri bürüdü alov rəngli şəfəqlər.Odla buz görüşəndəZərrələr birləşəndə,Damcı-damcı töküldü dağların sevinc yaşı.Qışla yazın savaşıBuludlarda şimşəyə,Yerdə ırmağa döndü.Ulduz görmüş ilan təkQış dağın zirvəsindən dərələrə süründü.Dağ seli yarğan boyu axıb haray qopardı,Qayadan ayrı düşmüş daşları da apardı,Yamaclarda əks etdi dərələrin foryadı,Düzənlikdə qırıldı dağ selinin inadı.Baş aparan dalğalar töyşüdü yavaş-yavaş.Ləngər vurub dayandı neçə-neçə nəhəng daş.Kiçik, yumru daşlarsa baş vuraraq hər yerə,Dalğalara səs verib haray salıb düzlərəYuvarlanıb axırda bataqlığa düşdülər.Yüksəklikdən ayrılıb palçığa qovuşdular.Hopub batdıqca gilə,Elə bil dərk etdilərO nəhəng daşlar niyə çəkildilər sahilə.Gözlərinin önündə gəlib dayandı dağlar,Orda hər bir qayanın, hər daşın öz adı var.Burdasa hər şey bitib, nə ad qaldı, nə nişan.(Gör nə zaman ayılır öz kökündən ayrılan.)Nə yaxşı ki, sahilə yan aldı yoldaşları.Nəhəng cığır daşları.Nə yaxşı ki, onlar var.Əgər daşlar hamısı yuvarlaq olsaydılarCəlalı pozulardı yamacın da, düzün də.Bəlkə nəsli qalmazdı daşların yer üzündə...
Kitabxana.az · https://kitabxana.az/works/balas-azeroglu-dag-seli-ve-daslar
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Bilməyib bu gecə bir fikri-məhal eyləmişəm,Arizuyi-hərəmi-bəzmi-vüsal eyləmişəm.
GəlinSaldı ol qönçə dəhanın məni sevdaya gəlin,Necə ki gül yanağı bülbülü qovğaya gəlin,
Ey mənim laləzər çiçəkli bağçamEy mənim laləzər çiçəkli bağçam,Gülüstan qoynunda fəvvarə vuram,
DüşmüşəmEy gözəlim, səni sevəndən bəri,Əcəb işdir, fəldən-fələ düşmüşəm,