Bir nəğməli quş olaydım,kəkliklərə qoşulaydım...Mingəçevir dağlarındaBağ – meyvənin, çöl – çəməninSu – balığın, dağ – qarındı...

Boz dumanı yaylıq olar,yayda bura yaylaq olar.Adam dönüb balıq olarsəhər-səhər dan üzündəMingəçevir dənizində.

Dalğaları şirin sözlü,küçələri gülər üzlü,gecələri qara gözlü...Ağ günüm – al səhəridi,Mingəçevir şəhəridi.

Adam gətir bura qardaş –gözləri buz, ürəyi daş...Bir gözəlin baxışındanəriyəcək yavaş-yavaş,vurular ilk səfərindəMingəçevir şəhərində.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri