Çinar ömrü yaşamışam,Quru bir çinaram mən.Əyilməkdən keçib daha –Əysəniz sınaram mən.Qəddim bir az bükülübdü,Yarpaqlarım tökülübdü,Nə şirin nəğməliyəm,Heç çinar da deyiləm mən,Bir çinar heykəliyəm.Dik dayanmış bir odunamAğacların sırasında.Bir leylək yuva tikibQollarım arasında.Mən bir ağac ölüsüyəmGərək yıxılam, yanam.Amma leylək yuvası varQollarımın üstündə,Yuva dağılmasın deyəGərək dözəm, dayanam.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri