Titrəmək yaraşmır insan səsinəZəfərlə yaşayaq, zəfərlə ölək.Mənim məzarım da yer kürəsinə,Düşəcək bir nida işarəsi tək.

Namərdəm məsləksiz gözlərim gülsə,Düşmənəm acizin fəryad səsinə.Məsləkim uğrunda bina tikilsəQoy məni hörsünlər bünövrəsinə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri