Bir Məhəmməd kişi vardı,Ömrü boyuyalan danışardı.Ağır xəstəyə deyərdi ki,eh... küyçü olma,Səndə heç nə yoxdu!Birinəpay versəydi,deyərdi qoyun deyil,toyuqdur.Hər axşam deyərdi:səhər günəşbaşqa cür doğacaq –Təzə, parlaq.Malı itənə

deyərdi: “tapılacaq”,Oğlu davaya gedənədeyərdi: “qayıdacaq!”Elə ürəklə deyərdi ki,Sözünə özü də inanardı,Qəribə xəsiyyəti vardı.Bir vaxt mənə:adamlar ölmür,ulduzlar arasınaköçür demişdi,Məhəmməd kişininözü də köçdü.İndi də kefim pozulandaÇəkilirəm bir yanaBaxıram asimana:ulduzlar çiçək-çiçək.Ulduzlar arasındanMəhəmməd kişininsəsini eşidirəm:– Darıxma, düzələcək,tapılacaq,gələcək,Yaxşı ki, ölmürmüş insanlar,Yaxşı ki, dünyadaMəhəmməd kişi varmış.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri