Fələk
Əlindən eylərəm kimə şikayət,Axır məni xar etdin fələk,Ruzgarı bu xaneyi-dünyani,Xülasə başıma dar etdin fələk
Görüm xarab olsun belə dövrani,Dar etdi başıma bu gün dünyani,Mehnət firaqi, dərdi-hicrani,Hər tərəf üstümə car etdin fələk
Zülmlə ayırdın şux dilbəri,Ağuşi-xak etdi ol səmənbəri,Urdun cigərimdən zəxmi-şəşpəri,Olunca mənimlə var etdin fələk
Eyşü işrətimi etdin fani,Endirdin üstümə bəhri-Ümmani,Həlqeyi-zülfilə çeşmi-şəhlani,Sakini-xaneyi-mar etdin fələk
Çəkmisən sinəmə dağ üstdən dağı,Eylədin aləmdə qəmlər tapdağı,Dağıtdın bisatı, pozdun nurağı,Məndən ötrü əcəb kar etdin fələk
Gülşən eyşimi eylədin xəzan,Bisat bülbülü pozdun nagahan,Kəsrəti-zülmdən əsdi bir tufan,Həsrəti-didari-yar etdin fələk
Həmişə mailsən bu təmənnaya,İləyəsən zülmü hər binəvaya,Rəhm mürvət nə bir kimsəyə,Nə də bir kimsədən ar etdin fələk
İmrana əcəldən içər bir badə,Vüsal həmdəmə yetsin üqbada,Nə lazımdır qalmaq belə dünyada,İşimi ahilə zar etdin fələk
Kitabxana.az · https://kitabxana.az/works/saricali-imran-felek
Başqa şairlərin şeirləri · Fələk və tale
Bəxtəvərsən, ey könül, nə eyləmiş dövran sənə,Dərdin artmış dəryadan, etməz əlac loğman sənə.
Rübabə Muradovanın xatirəsinəYanıqlı nəğmələr oxudun bizə,Arabir göz yaşı boğdu səsini,
روزگار آسوده دارد، مردم آزاده رازحمتِ سِندان نمیآید درِ بگشاده را
Rüzgarlar, dalğalarRüzgarlar dalğaların könül sirdaşı olmuş,Dalğalar rüzgarların ömür yoldaşı olmuş.