Yanıqlı nəğmələr oxudun bizə,Arabir göz yaşı boğdu səsini,Getdin, həsrət qaldın ana Təbrizə,Uddu qara torpaq qəm nəğməsini.

Bəxtin qara gəldi, ay “Qara gilə”,Bilirəm, dövrandan gileyli oldun.Döndün yana-yana bir ovuc külə,Vətən – dərdli Məcnun, sən Leyli oldun.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Fələk və tale