Kəbin
Nə vaxt bir-birinə can-can dedilər,Harda tapışdılar, kim bilir onlar.Kəbin kəsdirdilər, toy elədilər,Beş gündə küsüşüb tez ayrıldılar.
Beləcə oldular yüz ilin yadıPozulub düşdülər dilə, ağıza.Tale ki, bir eşqi qəlbə yazmadı,Dönər o kəbin də qara kağıza.
Kitabxana.az · https://kitabxana.az/works/tofiq-bayram-kebin
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Bizi məyus edən dəhrdə məyus olsun
Düşdü yadıma kecən gunlərim, əfsus olsun,Bizi məyus edən dəhrdə məyus olsun.
EdəsənBaşına döndüyüm ədalətli şahGəlmişəm dərdimə dərman edəsən
Cəfərqulu xanın Mirzə Əbülqasım Qazini həcv etməsiƏla, ey munisi-dirinə qazi,Yetirdin sinnini sittinə, qazi.
Necə olduYeri bəyim düşdümü Kor yadına,Mən dəlini tutan günlər necə oldu