Yeri bəyim düşdümü Kor yadına,Mən dəlini tutan günlər necə olduGörüm indi kimlər yetər dadına,Koroğlunu tutan günlər necə oldu

İki bəylər bir arada durmasın,Aşiqi ağladanlar dəxi gülməsinBu qisasdır qiyamətə qalmasın,Mən dəlini tutan günlər necə oldu

Yenə saldın məni ah u vaylara,Yoxsul olan qulluq edər baylaraQolu bağlı atdırır yerdə çaylara,Mən dəlini tutan günlər necə oldu

Koroğluyam mən sözümü söylərəm,Əğyarımdan bir əhvalat dilərəmQorxma namərd səni azad eylərəm,Koroğlunu tutan günlər necə oldu

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri