Qarlı dağlar aşdığın varmı,Ac qurdlarla ulaşdığın varmı,Uşaqlar acdı, xərcliyin varmı,Xocam, səni səfa gördüm

Arşınımız qarğı cəda,Səni mənə yetirən Xuda,Ondakı ha deyil buda,Xocam, səni səfa gördüm

Koroğlunun köçün gördük,Qırx birçəkli saçın gördük,Yanında bir laçın gördük,Xocam, səni səfa gördüm

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri