Gəlmişəm
Çamlı beldən durub səfər eylədim,İslambolun güzərinə gəlmişəm,Ya qismət gətirib bu yerə məni,Ya əcəlin bazarına gəlmişəm
Bir ah çəkdim ərşə zəminə düşdü,Ələm oxu bir-birilə ötüşdü,Namə gəlib Çamlı beldə yetişdi,Mən bir yarın iqrarına gəlmişəm
Mövla ismi bil əzbərdir dilimdə,Zərrəcə qəm gəlməz mənə ölümdə,Başım ətəyimdə, qılınc biləyimdə,Görmək üçün didarına gəlmişəm
Qoç igidin bu tövr olur iqrarı,Yarsız necə tutar səbr ü qərarı,Dəmirçi oğlu budur Koroğlu,Yarı, şirin dəhən güftarına gəlmişəm
Kitabxana.az · https://kitabxana.az/works/koroglu-gelmisem
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Ölüm
Bunda kim var, dirəm, yar vəfadarım ağa,Çəkibən xəlvətə bir sirr açım əsrarım ağa,
Kənzül-həqayiq, fəsil 31بمیر ای بیخبر گر میتوانیبه مرگی کان به است از زندگانی
Öldüm, nedeyim, derdimi bir yara deyən yoxÖldüm, nedeyim, derdimi bir yara deyən yox,Neylim ki, bu biçarəyə bir çare deyen yox.
AnaMahir Tahiroğlu bəstələmişdir*Sən getdin, dəyişdi həyatın özü,