Mahir Tahiroğlu bəstələmişdir

Sən getdin, dəyişdi həyatın özü,getdi dadı-tamı, hər şeyi getdi.Evi bəzərdin ki, gözəl görünsün,evimin ən gözəl bəzəyi getdi.

Mən sənsiz ölərəm demişdim, ana,hamısı yalanmış, yaşadım, ana.

Nəqərat: Səni daşa dəyişdim,torpağa dəyişdim,dəyişdin, məzara döndün.Səni qışa dəyişdim,bahara dəyişdim,dəyişdin, məzara döndün.

Mən sənsiz ölərəm demişdim, ana,hamısı yalanmış, yaşadım, ana.

Gözüm yolda qalıb, qulağım səsdə,gedibsən, qalmışam mən qonaq kimi.Sən yerin altında, mən yerin üstə,biz ayrı düşmüşük kök-budaq kimi.

Nəqərat: Səni daşa dəyişdim,torpağa dəyişdim,dəyişdin, məzara döndün.Səni qışa dəyişdim,bahara dəyişdim,dəyişdin, məzara döndün.

Mən sənsiz ölərəm demişdim, ana,hamısı yalanmış.Bağışla.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Ölüm