Sən yatırdın... yuxudaydın hələ sən,kim qıyardı gedib vaxtsız oyada.Yer kürəmiz fırlanmırdı deyəsən,zaman bir az ləngiyirdi dünyada.

Qanadımı mən üstünə gərirdim,alışırdım gizli-gizli bu oda.Mən ilk dəfə qəribliyi görürdüm,səndən ayrı,amma sənin yanında.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hicran