Limon xanım gözəl-göyçəkkitabxana işçisiydi.İşçilərin incisiydi,bəlkə lap birincisiydi.

Qara uzun hörüyünügah açardı, gah yığardı.Açanda biz tanımazdıq,yığanda biz darıxardıq.

Oxu zalı işıqlıydı,ütülüydü ağ pərdələr.Oxucusu – aspirantlar,müəllimlər, tələbələr.

Kitabları gətirərdi,yoxlayardı sifarişi.Biz oxuyub qurtarardıq,qurtarmazdı onun işi.

Müdiriyyət çağırsaydı,bizdən izn istəyərdi.Sevinəndə bölüşərdi,qəmlənəndə gizlədərdi.

– Limon xanım.– Bəli, buyur.– Limon xanım, filan kitab,Stol üstə qoyulardı,toz altında qalan kitab.

Çağırmamış gedər-gələr,əli işdən soyumazdı.Oturmaqdan biz bezərdik,işləməkdən o doymazdı.

Dodaqaltı deyinərdi,yəqin bir ehtiyat üçün:– Gizlin kəsib aparırlarqəzetləri sitat üçün.

Tariximiz çıxır yoxa,sonuncu xəbər itirdi.Müəllimlər pıçıldaşır,aspirantlar eşidirdi.

Ali məktəb diplomununqazancı az, yeri dardı.Bir təşəkkür eşitsəydi,neçə sağol, – qaytarardı.

Oxudular, dağıldılar,hərəsi bir adam oldu.Bu, elmlər namizədi,o, əməkdar xadim oldu.

Unuduldu Limon xanım,unuduldu kitabxana.Biri təbrik göndərmədiad günündə o qadına.

Saç ağardı Limon xanım,eynək taxdın ala gözə.Çağır Aşıq Ələsgəri, –“Yandı bağrım, döndü közə”.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri