Soyuq sökür kürəyimi,ağrı didir ürəyimi.Yatıram, buz xörəyimiqızdırıb gətirən yoxdu.

Evdə özüm, çöldə özüm,təkliyə öyrənib gözüm.Andıra qal, belə dözüm,üzümə bir gülən yoxdu.

Hərdən Gülüş yada salır,hərdən Xətiş xəbər alır.Hərdən Nazim bir zəng çalır,– Gələn varmı?– Gələn yoxdu.

Soruşmağa babatdılar,Şükür, sağ-salamatdılar.Məndən yaman rahatdılar,hələ ki, bir ölən yoxdu.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri