Vaxt gəlir
Dilimi susdurub dillər tökürsən;yorulmur, maşallah, səndə çənə var.Qorquddan, Babəkdən misal çəkirsən,Qorquddan, Babəkdən özündə nə var?!
Deyilən hər sözə ürək qızınmaz,mən çox eşitmişəm düzü, yalanı.Nümunə göstərmək asandı bir az,nümunə olmaqdı çətin olanı.
Qolumdan tutursan guya çətində,mənə vəd verirsən, dövran verirsən.Amma mənafeyin tələb edəndə,mənim taleyimi qurban verirsən.
Pozursan adların siyahısından,Mən xəbər tutunca dəyişir aləm.Sonra da ziyalı etikasındanmənə dərs deyirsən, mən ki, şairəm!
Həyatdan, insandan varmı xəbərin,düzlüyü, paklığı o nişan verir.Həyatda imtahan götürənlərinvaxt gəlir, özü də imtahan verir.
Kitabxana.az · https://kitabxana.az/works/neriman-hesenzade-vaxt-gelir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Kim gələrsə bu cahana lütfi-yəzdanam deyir,Pəhləvanam yer yüzündə əhli-colanam deyir
Gəraylı: Dəli könül nə məlulsanDəli könül, nə məlulsan,Məgər ol nazlı yar getdi,
SoxtalarAləm içrə zahirən çox mehribandır soxtalar,Qəlbiniz heç sınmasın kim əlamandır soxtalar
MəndənBaşına döndüyüm a nazlı dilbərGəlirmi guşuna sədalər məndən