Durnalar vurulur qaqqıldaşanda
Jurnalist Mir Şahinə
Bakıda döyürlər jurnalistləri,siz xəbər tutunca, Zat-Aliləri.Bizə daş atırlar sizdən bixəbər,yetmiş il döyüldük, söyüldük, yetər.Araz qırağında, Kür sahilində,yetmiş il danışdıq Ezop dilində.Sətiraltı yazdıq düz sözümüzü,özgəyə dedirtdik öz sözümüzü.Qələm dəyənəklə üz-üzə gəlir,axırda yenə də söz-sözə gəlir.Əyriyə əl çalıb, düzə gülən var,bir çömçə tutana yüz bükülən var.
Qurtara bilmədi nitqini pəltək,Natiqin ağzında dili qısaydı.Bu qədər qürurlu olmazdı pələng,o da pişik kimi miyoldasaydı.
Qələmlə yazdınız tariximizi,qılıncla yazılan tarixə əvəz.Qələm dəyənəyə xidmət eləsə,“İstiqlal” sözünü o yaza bilməz.
Qabağı kəsilir, sular daşanda,durnalar vurulur qaqqıldaşanda.Ceyranlar görünür düzə çıxanda,istedad qovulur üzə çıxanda.
Şahidlər unutmaz o şəhidləri,çoxunu doyurub öldük acından.Seçildi vətənin mücahidləri,asıldı vətənin dar ağacından.
Ağrı canımdadı, dərd ürəyimdə,daim üz-üzədir yaxşı pis ilə.Jurnalist döyüşür mülki geyimdəGündə “vətən” deyən vətənsiz ilə.
Niyə hücum çəkir, gecə gündüzə,niyə qənim olub işığa zülmət?Həqiqət böhtanla gəlir üz-üzə,qışqıran BÖHTANDI, susan HƏQİQƏT!
Vay sənin halına ay qızıl öküz,öldürdü bu qədər işləmək səni,Çaqqallar xəbərçi, tülkülər üzsüz, –ya şir dağıdacaq, ya pələng səni.
Cavidin, Müşviqin vaxtından bəri,içimdə tufan var, gözümdə xiffət.Döyün, millət deyən jurnalistləri,bəlkə yuxusundan oyana millət.
Kitabxana.az · https://kitabxana.az/works/neriman-hesenzade-durnalar-vurulur-qaqqildasanda
← → düymələri ilə keçid, R — təsadüfi şeir