Tərlan¹ ürəyində həyəcan duyurYuxusuz qalıbdı Qaxda bir ana.Aynur “şah!”-söyləyib meydan oxuyur,Belçika mat olurAzərbaycana.

Açsın qucağını vətən torpağı,nəğməm ləpələnsin Kürün səsində.Şərqin çadrası yox, Aynur bayrağı,qalxır Avropanın tən mərkəzində.

Yeridi mehriban, dayandı məğrur,Gül tutan əlləri əllər içində.Öz ətrin güllərdən təzədi Aynur,Gül kimi açmışdın güllər içində.

Burda cəbhə yarıb təmiz ad qoyurmənim millətimin bu sadə qızı.Kral öllkəsində şahı mat qoyurşahsız bir ölkənin şahzadə qızı.

Brüssel, 1983

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar