Adət edənə kimi
Biri sübut elədi,qatıq qaradır, – dedi,Günəş bombozdur, – dedi.Dedi: dəmir içməli,ağacsa yeməlidir,Su əynə geyməlidir.Nə dedisə, az oldu.
¹ Tərlan Musayeva (Müəllif)
Əvvəl etiraz oldu,sonra təsdiqlədilər,yenilikdir, – dedilər.Sonra adət etdilər.Qatığı qaraltdılar,Günəşi bozartdılar.Dəmir içməli oldu,ağac yeməli oldu,su da geyməli oldu.Yaşadılar beləcə;çətinlik oldu lakinarada bir balaca –adət edənə kimi.
Kitabxana.az · https://kitabxana.az/works/neriman-hesenzade-adet-edene-kimi
← → düymələri ilə keçid, R — təsadüfi şeir