Torpaqda, səmada sənin nəfəsin,bir yeni nəğmədi səhər, nə yaxşı!Quşlar budağına qonub vələsinşehi üstümüzə səpər, nə yaxşı!

Suların səsində təzə bir çalar,yüz il ömr eləsəm, yadımda qalar.Dərələr boyunca yer nəfəs alar,dumanlar meh olub əsər, nə yaxşı!

Təbiət həssasdır bir ürək kimi,yarpaqlar qızarıb çiyələk kimi.Çəməndə gül gördüm kəpənək kimi,payızda gül-gülü bəzər, nə yaxşı!

Mənim mehribanım axar, durular,kədərli vaxtımda boynunu burar.Fərəhli vaxtımda yanımda durar,sevinər nə yaxşı, gülər nə yaxşı!

Düzdür ki, həyatda yalandır ad-san,bir eşqə möhtacdır məncə hər insan.Sən bütün dünyaya dəyərsən, inan,dünya yaşamağa dəyər, nə yaxşı!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar