Yıxdılar aşiqlərin qəlbi kimi meyxanəni
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Yıxdılar aşiqlərin qəlbi kimi meyxanəni,Bivəfalar əhdi tək sındırdılar peymanəni.
Ləli-canan tək uzaq oldı nəzərlərdən şərab,Çeşmi-dilbər tək xumarə saldılar məstanəni.
Rindü şeyxü salikü zahid qarışmış bir yerə,Çeşmi-həqbin yox, seçə namərd ilə mərdanəni.
Düşdi rövnəqdən gülüstani-vəfa, zağü zəğənBülbüli-şeyda yerində başlıyub əfganani.
Atəşi-şövqi-məhəbbət yandururdı aqibət,Şəmlər nahəq yerə yandurdilər pərvanəni.
Oldum həmrəng, cəmaət, eşqi-xalü zülf iləRişteyi-zünnarə düzdüm səbheyi-səddanəni.
Ey dil, əl çək, yox bəni-növi-bəşərdə etibar,Məskən et bayqusifət bir guşeyi-viranəni.
Kutəh eylün qisseyi-zülfi, ey ərbabi-üqul,Rahət əgləşsün qoyun, zəncirdə divanəni.
Məqtə — şairin təxəllüsü olan son beyt. Raci, gördüm tərgi-candur iqtizayi-ittihad,Bəzmi-vəsli-xasə qoymazlar girə biganəni.
Kitabxana.az · https://kitabxana.az/works/ebulhesen-raci-yixdilar-asiqlerin-qelbi-kimi-meyxaneni
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Aləm niyə bəs olmadi viran, Əli Əkbər,Ol gün ki, səni saldılar atdan, Əli Əkbər?
Bax fələk Şamdə bir zümreyi-kafər yerinəBax fələk Şamdə bir zümreyi-kafər yerinə,Künci-viranədə həm Ali-Peyəmbər yerinə.
Belə əhd eyləmişəm, ey bacı, cananım ilənBelə əhd eyləmişəm, ey bacı, cananım ilən,Ərseyi-Kərbübəladə boyanım qanım ilən.
ƏfradDur, ey cəfa ilə servi-qəddi şikəstə oğul,Hava çox istidü, yatma quru yer üstə oğul.
Başqa şairlərin şeirləri · Eşq
Huş ilə sevdiyim, dinlə zarımı,Heç bundan ziyadə ah-zar olmaz.
Məndən — səndənNazlı dilbər, nə yaraşır qəddinə,Tirmə məndən, kəmər məndən, bel səndən,
Nə qəmim var cahan icrə bənim, yar bənimNə qəmim var cahan icrə bənim, yar bənim,Nəyim əksikdi bənim, yar bənim, var bənim.
Hali-əsəfiştimalımı təsvirdə bir ahi-məzlumanəHər kəs aləmdə bir bəlayə düçarOlur, amma mənim kimi olamaz.