Dur, ey cəfa ilə servi-qəddi şikəstə oğul,Hava çox istidü, yatma quru yer üstə oğul.

Cəfavü çəkdim oğul, qaməti rəsa oldum,Qəddim büküldü, əliməəcəb əsa oldum.

Əcəb mənim qoca vaxtımda dadimə yetdin,Ki, qürbət ölkədə yalqız qoyub məni getdin.

Cahanda heç ata görməyib belə oğul ölümü,Gözümü saldın işıqdan, xəm eylədin belimi.

Oğul ata qocalan vaxtda əlini tutar,Şərik olur qəminə, qəm günü olur qəmxar.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq