Götür saqi, meyi-gülfami, doldur cami-zərrinə
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Götür saqi, meyi-gülfami, doldur cami-zərrinə,Əlimdən dut, amandur, qərq oldum qüssə bəhrinə.
Könül az qaldi çak olsun, küdurətdən həlak olsun,Götür peymanə, pak olsun, bu dəm manəndi-ayinə.
Gözün qurbani, peydərpey, götür məstanə cami-mey,Yetişsin nəreyi - "hey-hey" fələkdən mahü pərvinə.
Bilurin cam ilə şişə, götür bəzm içrə gərdişə,Dəxi naz eyləmə pişə, məni-məhzuni-miskinə.
Gərəkdür bu dili-giryan, ola Yəqub tək xəndan,Deyillər Yusifi-Kənan, gəlib Təbriz şəhrinə.
Dutan şöhrətdə əyyami, verən yəğmayə arami,Onun zülfi-siyəhfami, bəladur bu dilü dinə.
Baxan bu arizi-alə, düşər bir özgə əhvalə,Deyər: - Nəqqaşə bax, lalə çəkibdür bərgi-nəsrinə.
Səba çün sünbülü reyhan, edəndə zülfini əfşan,Dönər bu səfheyi-İran, diyari-Çinü Macinə.
O şuxun çeşmi-laçini, edər seyd ahuyi-Çini,Xəraci-Çinü Maçini, salubdur bircə maçinə.
Səbu başini məclisdə, müğənni qoydu tar üstə,Dedi ahəstə-ahəstə nigar adin bu qəmginə.
Məqtə — şairin təxəllüsü olan son beyt. De bir türki qəzəl, Raci, oxusun bu gözəl,Raci,Bələd olsun əzəl Raci, rümuzi-eşq dərdinə.
Kitabxana.az · https://kitabxana.az/works/ebulhesen-raci-gotur-saqi-meyi-gulfami-doldur-cami-zerrine
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Hübb ayəsi, zahid, sənə Quranda tapıldı,Misdaği mənə arizi-cananda tapıldı.
Məndən, səba, de ol gülə: qurbanınam, seninMəndən, səba, de ol gülə: qurbanınam. senin,Rəhm etgilen bu bülbüle, quıbanınam sənin,
Nə eşq olaydı, nə aşiq, nə hüsni-dilbər olaydıNə eşq olaydı, nə aşiq, nə hüsni-dilbər olaydı,Nə ayinə, nə səfa, ey könül, nə cövhər olaydı.
Nə qədər sən kimi bir qönçədəhanım yox idiNə qədər sən kimi bir qönçədəhanım yox idi,Ey pərivəş, bu qədər ahü fəğanım yox idi.
Başqa şairlərin şeirləri · Eşq
Mən kimi xəstəyə əlbəttə ki, həmam gərək,Necə kim aşiqə bir yari-güləndam gərək.
Əsiri-möhnəti-hicran mənəm, mənƏsiri-möhnəti-hicran mənəm, mən,Qəribü zarü sərgərdan mənəm, mən.
Dərya kənarıBir gün qəmi-dövrandan usandı dili-zarım,Bir sahili-dəryayə tərəf düşdü güzarım.
GörüşBiz ki unutmuşduq ilk məhəbbəti,Ah, bu qəfil görüş kaş olmayaydı.