Nə qədər sən kimi bir qönçədəhanım yox idi
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Nə qədər sən kimi bir qönçədəhanım yox idi,Ey pərivəş, bu qədər ahü fəğanım yox idi.
Tutiyayi-xəti can nəqdinə alseydim əgər,Ey gözüm, bil ki, bu sevdada ziyanım yox idi.
Yarə rəmz ilə hamı dərdimi bildirdüm mən,Kəşfi-raz etməgə hərçənd zəbanım yox idi.
Səri-kuyin mənə dünyadə əta eylədi Həqq,Çünki üqbadə mənim meyli-cinanım yox idi.
Gördi pürsuz ilə yandı bu gecə halimə şəm,Çünki bir şəm kimi canı yananım yox idi.
Neməti-vəslüvə sod şükr yetişdüm birənc,Mənim öz taleyimə hiç gümanım yox idi.
Məqtə — şairin təxəllüsü olan son beyt. Raci, yazdum qala məndən bu qəzəl namü nişan,Çünki aləmdə mənim namü nişanım yox idi.
Kitabxana.az · https://kitabxana.az/works/ebulhesen-raci-ne-qeder-sen-kimi-bir-qoncedehanim-yox-idi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Genə bu tazə, könül mehri bir cavanə salıb,Genə bu pir, ələ bir Yusifi-zəmanə salıb.
Götür saqi, meyi-gülfami, doldur cami-zərrinəGötür saqi, meyi-gülfami, doldur cami-zərrinə,Əlimdən dut, amandur, qərq oldum qüssə bəhrinə.
Hübb ayəsi, zahid, sənə Quranda tapıldıHübb ayəsi, zahid, sənə Quranda tapıldı,Misdaği mənə arizi-cananda tapıldı.
Məndən, səba, de ol gülə: qurbanınam, seninMəndən, səba, de ol gülə: qurbanınam. senin,Rəhm etgilen bu bülbüle, quıbanınam sənin,
Başqa şairlərin şeirləri
Gülğülə saldım genə nöhfələki-əxzərə,Etdi mədəd taleim, yetdi əlim sağərə.
CavabEy Mahmud, bigəm məxdumi-əkrəm,Eşitdim hər nə ki dövran olubdur,
Gəraylı: Məgər bir can nolur, bilməmMəgər bir can nolur, bilməm,Bu qədri dərd-ü-qəm çəksin,
Mirzə Şəfi Vazehlə Naci və Nasehin müşairəsiVazeh:*Şəbxpuş olmuş qədin ruxsari-atəşgunilə,