Ey Mahmud, bigəm məxdumi-əkrəm,Eşitdim hər nə ki dövran olubdur,Belə halda nə layiqdir bu işlər,Görmürsənmi aləm viran olubdur

Tutub bu ölkəni taun və vəba,Bizi hifz eyləsin pənci-ali-əba,Az qalıb məhalı eyləsin həba,Bu günlərdə xeyl tuğyan olubdur

O cümlədən gör necədir zamanə,Horadizdən biri gedib Arana,Gedib gəzib gələn vaxtı bu yanə,Bulaq üstə yolda qurban olubdur

Bizdə adam göndərmişik ailinə,Onun ... mağı orda belinə,Baxan yoxdur hərgiz qal-u-qeylinə,Hər şeydən bi-urvat insan olubdur

Belə işlər ilə nə eyş və işrət,Nə layiqdir dəva nədir kədürət,Nə dimağ, nə lizət, nə ar, nə övrət,İndi gözə gələn bir can olubdur

Çıxıbdır xatirdən hər şeir və qəzəl,Ancaq ki duaya götürmüşük əl,O hal içrə çoxdur məhbub gözəl,O virənə saf Gürcüstan olubdur

Mən də dünən gəldim ol halə,Uğradım bir neçə vəhşi qəzalə,Gəldim qovğa saldım əhl-əyalə,Dedim bəs gözümə sə'ban olubdur

Hər çənd ki sənə deyildi layiq,Kim Zeynəb xanıma olasan Faiq,Amma nə təqsirin deyil, sən ayıq,Eşq əhli sən, xanə zindan olubdur

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri