Niyə ağrıyırsan, nədir möhnətin?Nəğməsi dilində qalan ürəyim.Ey məni buz bilib yola getməyən,ey məni odlara salan ürəyim.

Mənim ola-ola mənə qənimsən,mənmi səninkiyəm, sənmi mənimsən!Gah adi bir nöqtəm, gah bədənimsən,gah bütöv bir dünyam olan ürəyim.

Göz doymur dünyadan, bu tamaşadan,bir yerdə vursaydıq ömrü başatan.Ey mənim sinəmdə məni yaşadan,ey mənim əlimdə ölən ürəyim.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri