“Nabat xalanın çörəyi” əsərinin oxucusuna

Nəriman əmiyə qılınc al, ata,yubiley gününə hədiyyən olsun.Gileyli bir ömür qoyub arxada,ata, qoy bu dəfə o deyən olsun.

Kimsəsiz bir uşaq, on üç yaşında,anası Allahdan ömür istəyib.Harda dəmir görüb, o yığıb, ata,ondan dəmirçilər dəmir istəyib.

Qızdırıb yolları buz ayaq izi,özü rəvadırmı üşüsün, ata.

İstəyib, poladdan qılınc düzəltsin,Məlikməmməd kimi döyüşsün, ata.

Kəsir qabağını əjdaha, quldur,gör kimi kim sıxır, kim güdür, ata.Niyə istedadlı arxasız olur,niyə istedadsız güclüdür, ata?

Əlində sehrli, sirli qələm var,ürəyi tər-təmiz, güzgüdür, ata.Niyə gözlərində əbədi qəm var,o ki şairlərin gözüdür, ata.

Hünər yox, dünyada deyir baxt olub,dünya təlxəklərə xidmət eləyir.Bəlkə buna görə o infarkt olub,bəlkə buna görə xiffət eləyir?

De ki, “Nabat xala...” şirin nəğmədi,mənim yerimə də qarşıla, ata.Poyluda – balaca MəlikməmmədiBakıda – qılıncla alqışla, ata,mənim yerimə də qarşıla, ata.

25.04.2001

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri