Qönçə tək eldən kişi sirrin nihan etmək gərək,Aşiqi-yekrəng olan bağrını qan etmək gərək

Müşkül işdir dərdi hər bidərdə izhar eyləmək,Dərdi bir dərd əhlinə xatirnişan etmək gərək

Xalqdan tərki-əlaqə eyləyib ənqa kimi,Bir qənaət guşəsində aşiyan etmək gərək

Yaxşı gündə bilmək olmaz kim diyanət kimdə var,Yaxşı yoldaşı yaman gün imtahan etmək gərək

Ey Nişat, ox tək sözündən hər kimə səhm əkinər,Belədir, doğru sözü xatirnişan etmək gərək

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri